Mixeil Mindadze - Müəllim və valideyn arasında etibarlıq itib
Mixeil Mindadze - Müəllim və valideyn arasında etibarlıq itib

“Ölkə iki böyük hissəyə bölünüb – Böyüklərin və uşaqların ölkəsinə”, – bu bəyanatı 161-ci məktəbin direktoru Mixeil Mindadze, Birinci Kanalın “Aktual mövzu” adlı proqramında verdi.

Onun dediyinə görə, uşağa tərbiyə vermək prosesində valideyn və müəllim fərqli yerdə olmamalıdır.

“Müəllim və valideyn arasında etibarlıq itib və bugün məktəb xoşa gəlməz bir institusiyaya dönüb. Düşünürəm ki, uşağa tərbiyə vermək prosesində valideyn və müəllim fərqli yerdə olmamalıdır. Çox vaxt elə olur ki, valideyn müəllimin üstünə birbaşa aqressiya ilə gedir, elə bil ki, uşağını müəllimdən qorumağa çalışır. Müəllimlər də, valideynlərə vəziyyəti düzgün izah edə bilmədikləri üçün uşaq ikisinin arasında qalır və müəllimdən də valideyndən də nifrət edir”, – dedi 161 məktəbin direktoru.