Mixeil Xidureli - biz Gürcüstanın investisiya potensialını dünya turizm sənayesinə tanıtdıq
Mixeil Xidureli - biz Gürcüstanın investisiya potensialını dünya turizm sənayesinə tanıtdıq

Ümumdünya Turizm Gününü qeyd edən tədbir çərçivəsində Gürcüstanın investisiya və turizm potensialı haqqında məlumatları özündə birləşdirən “Turizm Doing Business: Investing in Georgia” bələdçisinin təqdimatı keçirildi.

Bələdçi BMT-nin Turizm Təşkilatı tərəfindən nəşr edilib və onun hazırlanmasında İqtisadiyyat Nazirliyinin “Gürcüstanda istehsal et” komandası fəal iştirak edirdi. O, həm onlayn, həm də çap şəklində əlçatan olacaq.

Ümumdünya Turizm Gününü qeyd edən tədbirdə agentliyin direktoru Mixeil Xidureli Gürcüstanın investisiya imkanları haqqında təqdimatla çıxış etdi.

“Biz Gürcüstanın investisiya potensialını dünya turizm sənayesinə tanıtdıq”, – Mixeil Xidureli qeyd etdi.

2023-cü ilin yazında BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasına üzv olan 38 ölkə Gürcüstan nümayəndə heyətinin 2024-cü ildə Ümumdünya Turizm Gününün Gürcüstanda qeyd edilməsi təşəbbüsünü yekdilliklə dəstəklədi. Ümumdünya Turizm Günü Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən 1979-cu ildən hər il sentyabrın 27-də qeyd edilir.

BMT-nin Turizm Təşkilatının (UN Tourism) təşviqi ilə Gürcüstan ilk dəfə olaraq Ümumdünya Turizm Günü tədbirinə ev sahibliyi edir.

Bu barədə məlumatı “Gürcüstanda istehsal et” agentliyinin mətbuat xidməti yayır.