Mixeil Canelidze - Yerusəlim məsələsi ilə bağlı beynəlxalq partnyorlarımızla məsləhətləşmələr davam edir
Xarici İşlər Naziri Mixeil Canelidzenin bəyanatına görə, Yerusəlimin statusu ilə bağlı, Gürcüstan beynəlxalq partnyorları ilə məsləhətləşmələrə davam edir.
Canelidze bu məsələ ilə bağlı qısa şərh verdi.
“Bu çox sensitiv məsələdir. Partnyorlarımızla konsultasiyalarımız davam edir və qərarımızı daha sonra verəcəyik” – dedi Canelidze.
Xatırladaq ki, ABŞ prezidenti Donalq Tramp, BMT-nin səs vermə prosesində, Yerusəlimin İsrailin paytaxtı olması haqqında qərara qarşı səs verən ölkələri, ABŞ-dan artıq maddi yardım ala bilməyəcəkləri ilə təhdid etdi.
“Bizdən milyardlarla dollar alan hökümətlər, bizim əleyihinə səs vermək istəyirlər. Qoy bizə qarşı olsunlar, biz də bundan sonra, daha çox məbləğlərimizi qoruyarıq” – dedi Tramp.
Yerusəlimim statusu ilə bağlı rezolyusiyada, hansı ki, bugün Parlament Assambleyasında səs verməyə çıxardılacaq, deyilir ki, müqəddəs şəhərin statusunun dəyişdirilməsi üçün ABŞ-ın qərarının qanuni qüvvəsi yoxdur.
Yerusəlimin İsrailin paytaxtı kimi elan edilməsi bütün dünyanın tənqidinə səbəb oldu.
BMT-nin rezolyusiyasının 14 ölkə dəstəkləyir. Qarşı olan isə, ABŞ-dır.
Buna görə, BMT Baş Assambleyasının iclası təyin edildi.
Şərh yaz