Mixeil Canelidze - Vətəndaşlar Avropa İttifaqı ölkələrindəki qeyri-leqal hərəkətlərin nəticələrini düz dərk etməlidirlər
Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze bəyan etdi ki, Gürcüstan iqtidarı vətəndaşların Avropa İttifaqı ölkələrindən qaçqın statusu istəmələrinin və orada qeyri-qanuni hərəkət etmələrinin prevensiyası üçün konkret plan hazırlayıb.
Canelidzenin dediyinə görə, bu planın önəmli hissəsi vətəndaşlar arasında geniş miqyaslı informasiya kampaniyasının keçirilməsidir. Kampaniyanın məqsədi vətəndaşlara, Avropa İttifaqı ölkələrində etdikləri qanunsuzluqların nəticələri barədə dəqiq məlumat verməkdir.
Nazirin dediyinə görə, bu məsələdə və həmçinin Gürcüstanın imicinin bira yüksəlməsində, Gürcüstan iqtidarına xarici ölkələrdəki gürcü diasporası da yardım edəcək.