Mixeil Canelidze Kuveytin baş naziri ilə görüşdü
Mixeil Canelidze Kuveytin baş naziri ilə görüşdü

Gürcüstanın vitse-premyeri və eyni zamanda Xarici İşlər Naziri Mixeil Canelidze Kuveytə işgüzar səfəri çərçivəsində, Kuveytin baş naziri Şeyx Caber Al Mübarək Al Hamed Al Sabahla görüşdü.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər Gürcüstan və Kuveyt arasında mövcud olan dost və partnyorluq münasibətlərini bir daha vurğuladılar və ölkələr arasında birgə əməkdaşlıq komitəsinin yaradılmasını salamladılar və ümid etdilər ki, 2018-ci ildə qrupun ilk görüşü keçiriləcək.

 

Görüşdə hər iki tərəfin də gələcək əməkdaşlıq perspektivlərinin artırılmasında maraqlı olduğu və bunun üçün də yüksək səviyyəli görüşlərin zərurəti vurğulandı.

Mixeil Canelidze Kuveytin baş nazirini Gürcüstana dəvət etdi.

Xarişi İşlər Naziri 12-13 fevralda Kuveytə işgüzar səfər çərçivəsinə müxtəlif görüşlər keçirir.