Mixeil Canelidze - Kənd təsərrüfatı sahəsində Avropa İttifaqının yardımı 500 milyon lariyi aşdı
Gürcüstanın vitse-premyeri, Xarici İşlər Naziri Mixeil Canelidze, Kənd Təsərrüfatının Avropa İnkişaf Proqramının (ENPARD) birinci fazasının (2014-2017) nəticələrinin yekunlaşdırıcı konfransında iştirak etdi.
Konfrans iştirakçılarına Gürcüstanın baş naziri, Avropa İttifaqının Gürcüstandaki səfiri Yanoş Herman və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili nitqlə müraciət etdilər.
Konfransda ENPARD-ın benefisiarları təqdimat keçirdilər və öz təcrübələrini paylaşdılar.
ENPARD-ın birinci fazası 2014-2017-ci illərdə 150 milyon larilik büdcə ilə həyata keçirildi. Proqramın əsas məqsədi Kənd Təsərrüfatı nazirliyinin və sektora qoşulan digər institusiyaların modernizasiyası və qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaratmaqdır.
Konfrans çərçivəsində kooperativ məhsullarının dequstasiyası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən kənd təsərrüfatı layihələrin sərgisi keçirildi.