Mixeil Canelidze Əminəm ki, vizaliberalizasiya ilə bağlı heç bir problem yaranmayacaq
“Vizaliberalizasiya kimi azadlığı biz Avropa İttifaqı tərəfindən çox çətin bir zamanda aldıq, ancaq bizim islahatlarımız və məqsədə doğru istiqamətləndirilmiş danışıqlarımız bu nəticəyi verdi və əlimizdən gələni edirik ki, bu nəticəyi qoruya bilək” – dedi Mixeil Canelidze.
Onun dediyinə görə, bir il ərzində müxtəlif çağırışlar da var idi, hansılarının əksəriyyəti, vətəndaşlarımızın Avropada sığınacaq rejimindən suistifadə edərək, kriminal hərəkət etmələri ilə bağlı idi.
“Belə bir təhlükənin ortaya çıxdığı andan biz dərhal gərəkən reaksiyayı göstərdik və informasiya kampaniyasının üçüncü dalğasını başlatdıq. Bugün Gürcüstan təhlükəsiz bir ölkədir və burada insan hüquqları qorunub və vətəndaşlarımızın Avropa ölkələrində sığınacaq almaq şansları çox azdır. Avropa ölkələrində sığınacaq alacağına inanıb, oraya gedən vətəndaşlarımız daha çox maddi xərclərlə qarşılaşdıqdan sonra, geri gəlmək zorunda qalacaqlar
Zamanında göstərdiyimiz reaksiya öz nəticəsini göstərdi və əminəm ki, vizaliberalizasiya ilə bağlı problemləri gələcəkdə istisna edəcəyik” – dedi Mixeil Canelidze.