Mixeil Canelidze - Əhaliyə yenə bir daha müraciət edirəm ki, vizaliberalizasiya ilə verilən imkanlara qayğı göstərsinlər
Mixeil Canelidze - Əhaliyə yenə bir daha müraciət edirəm ki, vizaliberalizasiya ilə verilən imkanlara qayğı göstərsinlər

Gürcüstan vətəndaşları üçün bugün vizaliberalizasiya ilə bağlı hərhansı bi təhlükə yoxdur, ancaq əhaliyə yenə müraciət etmək istəyirəm ki, vizaliberalizasiya ilə bizə verilən imkanlara qayğı göstərsinlər, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze verdi.

“Vizaliberalizasiya rejiminin davam etməsi üçün onun tələb etdiyi bütün şərtləri qorumalıyıq. Hal-hazırda Gürcüstanla vizaliberalizasiya qanunun yenidən müzakirə edilməsi üçün hərhansı bir təhlükə yoxdur” – dedi Canelidze.

Gürcüstana vizaliberalizasiyanın verilməsi məsələsini Avropa Parlamenti  2017-ci ilin fevralın 2-də dəstəklədi, ancaq bu qərar qüvvəyə martın 28-dən mindi.