Mixeil Canelidze "İslam Dövlətinə" qarşı qlobal koalisiyanın ministerialın iştirakçılarına nitqlə müraciət etdi
Gürcüstanın baş nazir müavini, Xarici İşlər naziri, Mixeil Canelidze Küveytdə keçirilən “İslam Dövlətinə” qarşı qlobal koalisiyanın ministerialında iştirak etdi.
Mixeil Canelidze ministerialın işçi sessiyasında çıxış edərkən koalisiyanı “İslam Dövlətinə” qarşı başlanılmış kampaniyada tərəqqisi təbrik etdi və Gürcüstanın, koalisiyanın üzv dövləti kimi, qlobal təhlükəsizliyin təmin edilməsi və terrorizmə qarşı mübarizəsində sonrakı səylərini təsdiq etdi.
Nazir “İslam Dövlətinə” qarşı qlobal koalisiyanın rəhbərliyinin prinsiplərin təsdiq edilməsini alqışladı və terrorizmin son olaraq dəf edilməsi üçün, beynəlxaq həmdostluğun sonrakı koordinasiya edilmiş və vahid hərəkətlərin əhamiyyətinə xüsusi diqqət yetirdi.
Mixeil Canelidze tədbirin iştirakçılarına Gürcüstan hökumətinin Gürcüstan ərazisində sabit və təhlükəsiz mühitin təmin edilməsi istiqaməti ilə səyləri barəsində məlumat otürdü və qhökumət tərəfindən radikalizm və ekstremizm prevensiyasına nə dərəcədə diqqət yetirildiyini qeyd etdi.
Nazirin qeyd etdiyinə görə, sosial inteqrasiya, təhsilə imkanların açıq olması və inklüziv ictimayyət, terrorizm və radikalizmin dəf edilməsinin ən başlıca ön şərtidir.
Qlobal koalisiyanın ministerialı Küveytin Xarici İşlər naziri, Şeyx Sabah Xalid Al-Hamad Al-Sabah və ABŞ-ın dövlət katibi, Reks Tillersonun nitqləri ilə açıldı. Tədbirin iştirakçıları “İslam Dövlətinə” qarşı qlobal koalisiya trəfindən həyata keçirilən hərəkətlər və gələcək planlarını müzakirə etdilər. Ministerialda həmçinin Avropa İttifaqının Ali Nümayəndəsi Federika Moqerini, Avropa İttifaqının üzv ölkələri və koalisiyaya qoşulmuş başqa dövlətlərin Xarici İşlər nazirləri iştirak edirdilər.