Mixeil Canelidze - Beynəlxalq İctimaiyyət tərəfindən konsolidasiya baxımından, 2017-ci il presedentsiz oldu
Mixeil Canelidze - Beynəlxalq İctimaiyyət tərəfindən konsolidasiya baxımından, 2017-ci il presedentsiz oldu

Beynəlxalq İctimaiyyət tərəfindən konsolidasiya baxımından, cari il presedentsiz oldu və bunu Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmək üçün hazırlanan rezoluyusiyalarda da təsdiqləyir” – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze bugün parlamentdə çıxış edərkən verdi.

Nazirin dediyinə görə, ərazi bütövlüyünün və suverenliyin bərpası istiqamətində dövlət siyasəti üç əsas prinsipə dayanır və bunlar: beynəlxalq ictimaiyyətin qoşulmasının təmin edilməsi, Rusiya ilə rasional siyasətin aparılması, ölkədə təhlükəsiz və sabit mühitin yaradılması və iqtisadi artışın təmin edilməsidir. 

Xarici İşlər Naziri hər üç istiqamətdə nail olunan nəticələr haqqında danışdı və qeyd etdi ki, Gürcüstanın işğal altənda olan ərazilərinin tanınmaması siyasəti davam etdiriləcək.