Mixeil Canelidze Bakının Qlobal Forumunda iştirak etdi
Mixeil Canelidze Bakının Qlobal Forumunda iştirak etdi

Gürcüstanın baş nazir müavini, Xarici işlər naziri, Mixeil Canelidze Bakıdadır. Burada Gürcüstan, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçiriləcəkdir.

Bakıya səfər çərçivəsində, Gürcüstanın baş nazir müavini Bakının Altıncı Qlobal Forumunun açılış mərasimində iştirak etdi.

Qlobal Forumu Azərbaycan prezidenti, İlham Əliyev açdı. Tədbir iştirakçılarına həmçinin Türkiyənin baş naziri və Latviyanın 1997-2007-ci illərdə prezidenti müraciət etdilər. Roma Papasının, BMT-nin baş katibinin, Britaniyanın baş nazirinin və İtaliyanın prezidentinin fövqəladə müraciətləri yayıldı. Tədbirdə dünya liderləri, aparıcı siyasətçilər və qeyri hökumət bölməsinin nümayəndələri iştirak edirlər.

Qeyd olunasıdır ki, Bakıda Azərbaycan-Gürcüstan-İran-Türkiyənin dördtərəfli görüşünün formatının əsası ilk dəfə qoyulur. Yeni format bölgə əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur və iqtisadi əməkdaşlığın istiqmətlərini – nəqliyyatı, energetikanı əhatə edir.

Görüşdən sonra dörd ölkənin Xarici İşlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Gürcüstan Xarici İşlər naziri həmçinin azərbaycanlı, türk və iranlı həmkarları ilə təkbətək görüş keçirəcək.

Məlumatı Xarici İşlər Nazirliyi yayır.