Mixeil Canelidze - Avropa ölkələrindən sığınacaq istəyənlərin artma statistikasına diqqət yetirməliyik
Mixeil Canelidze - Avropa ölkələrindən sığınacaq istəyənlərin artma statistikasına diqqət yetirməliyik

“Bugün vizaliberlizasiyanln dayandırılması üçün gərəkən mexanizmin işə salınması üçün ciddi əsas yoxdur, ancaq Avropa ölkələrindən sığınacaq istəyən vətəndaşlarımız çoxdur və bu statistikaya diqqət yetirməliyik” – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze jurnalistlərin suallarını cavablandırarkən verdi.

Onun dediyinə görə, Gürcüstan iqtidarı vizaliberalizasiya prosesini diqqətlə izləyir və bu məsələlərlə bağlı partnyor ölkələrlə fəal şəkildə əməkdaşlıq edir.

Sığınacaq istəyənlərə görə, Almaniyadan başqa, hansı ölkədən Gürcüstana qarşı pretenziyanın gəldiyi barədə suala Canelidze belə cavab verdi:

“Təəsüf ki, sadəcə Almaniyada deyil, bu statistikayı vətəndaşlarımız bir çox başqa ölkələrdə də dəyişirlər, ancaq əlimizdən gələni edirik ki, vizaliberalizasiya prosesi üçün təhlükə yaranmasın”.