Mixeil Canelidze - Almaniyadan vətəninə qayıtmaq istəyənlərə müraciət edirəm ki, Almaniya iqtidarının təklifindən istifadə etsinlər
Mixeil Canelidze - Almaniyadan vətəninə qayıtmaq istəyənlərə müraciət edirəm ki, Almaniya iqtidarının təklifindən istifadə etsinlər

Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze Almaniyada yaşayan Gürcüstan vətəndaşlarına müraciət edir ki, Almaniya iqtidarı tərəfindən təklif edilən maddi dəstəkdən istifadə etsinlər.

Canelidzenin dediyinə görə, Almaniya höküməti ölkəsinə qayıtmaq istəyən qeyri-leqallara yardım etməyə çalışır.

“Almaniyada qeyri-qanuni şəkildə yaşayan Gürcüstan vətəndaşları, ölkələrinə qayıtmaq üçün bu imkanlardan istifadə edə bilərlər. Almaniya iqtidarı, yol xərci ilə bərabər olduqca əhəmiyyətli məbləğ təklif edir” – dedi Xarici İşlər Naziri.

Xatırladaq ki, Almaniya Federasiya Respublikası öz vətənlərinə qayıtmaq istəyən xarici imiqrantlara maddi yardım təklif edir.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Almaniya iqtidarının və Miqrasiya təşkilatının birgə əməkdaşlığı ilə layihə həyata keçirilir: _ „REAG/GARP – Reintegration and Emigration Programme for Asylum-Seekers in Germany (REAG); Government Assisted Repatriation Programme (GARP)“, hansı ki, vətəninə öz istəyi ilə qayıdan xaricilərə və onların arasında, gürcülərə maddi və mənəvi yardım təklif edir.

Proqram (REAG/GARP) çərçivəsində nəzərdə tutulur ki, öz vətəninə qayıtmaq istəyən xaricilərə həm yol pulu, həm də əlavə maddi yardım veriləcək.

Gərəkdiyi halda, yolçuluq zamanı, xaricilərə tibbi yardım təklif ediləcək və hətta tibb personalı onları yolçuluq vaxtı müşahidə edə bilər.

Proqramın məqsədi Almaniyada olan xaricilərin vətənlərinə qaytarması və orada reinteqrasiyasıdır.

Maraqlanan şəxslər personal dəsdək haqqında detallı məlumatı növbəti ünvanda – alman, fransız, rus, əfqan, ərəb və iran dillərində ala bilərlər: www.returningfromgermany.de.

Qeyd olunan proqramla, 2016-cı ildə, cəmi 54 000 nəfər istifadə etdi.

Almaniyanın Xarici İşlər Nazirliyi qeyd olunan proqram haqqında məlumatı yaymaq xahişi ilə, Gürcüstanın Almaniyadaki səfirliyinə müraciət etdi.