Mixeil Ğavelaşvili Qoqa Kikilaşvilini Konstitusiya Məhkəməsinin hakimi təyin edib

18:18, 22.09.2026

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Qoqa Kikilaşvilini Konstitusiya Məhkəməsinin hakimi təyin edib. Məlumatı Prezident Administrasiyası yayır.

Prezident Administrasiyasının məlumatına görə, Gürcüstan Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi 10 il müddətinə təyin edilən 9 hakimdən ibarətdir; onlardan 3 hakimi Gürcüstan Prezidenti təyin edir, 3 hakimi tam tərkibinin azı beşdə üç hissəsinin səs çoxluğu ilə Parlament seçir, 3 hakimi isə Ali Məhkəmə təyin edir.

Məlumat üçün bildirək ki, Qiorqi Kverençxiladzenin Konstitusiya Məhkəməsinin hakimi kimi səlahiyyət müddəti oktyabrın 2-də başa çatır.

Oxşar