Mixeil Ğavelaşvili - ictimaiyyətdən üzr istəyirəm, hərçənd senzurasız sözlər işlətdiyim şəxslərdən üzr istəməyəcəyəm, onlar “satqın” sözünün mənasını bilməlidirlər və faktlarla danışmalıdırlar
Mixeil Ğavelaşvili - ictimaiyyətdən üzr istəyirəm, hərçənd senzurasız sözlər işlətdiyim şəxslərdən üzr istəməyəcəyəm, onlar “satqın” sözünün mənasını bilməlidirlər və faktlarla danışmalıdırlar

 

“Xalqın Gücü” hərəkatının nümayəndəsi Mixeil Ğavelaşvili parlamentin iclas salonunda baş verən insidentə görə ictimaiyyətdən üzr istədiyini, ünvanına senzurasız sözlər işlətdiyi şəxslərdən isə üzr istəmədəyini bildirib.

Mixeil Ğavelaşvili bildirib ki, istər siyasətçi olsun, istərsə də başqası, satqın sözündən bəhs edilərkən bu sözün mənasını düşünməli, faktlarla danışmalıdır.

Mixeil Ğavelaşvili “Milli Hərəkat”ın müharibənin başlamasında öz ordusunu ittiham edən qətnamə imzaladığını və ictimaiyyətdən üzr istəmədiyini bildirib.

“Üzr istəmək mənim üçün həqiqətən qəbuledilməz mövzu deyil, ictimaiyyətdən həqiqətən üzr istəyirəm, ola bilsin ki, onlar mənim senzurasız sözlərimi eşidiblər, buna görə çox təəssüflənirəm, hərçənd senzurasız sözlər işlətdiyim insanlardan həqiqətən üzr istəməyəcəyəm. Gürcüstanda və təkcə Gürcüstanda deyil, insanlar satqın sözünün mənasını bilməlidirlər. Elə ölkələr var ki, onların cəzası kifayət qədər böyükdür, bəzən xəyanətə görə insanları güllələyirlər və bu haqda düşünməlidirlər. Bundan irəli gələrək, insan istər siyasətçi olsun, istərsə də başqası, əvvəlcədən bilməlidir, faktlarla danışmalıdır. Mən “Milli Hərəkat”dan faktlarla danışıram. Parlamentdə “Milli Hərəkat”ın vətənə xəyanət edib, əraziləri düşmənə verib, sonra da müharibəyə başlamaqda öz hərbçilərini ittiham edən qərar imzalamasına, bundan sonra 30 strateji obyekti düşmənə, Rusiyaya satmasına və heç bir sanksiya tətbiq etməməsinə dair komissiya istintaqının aparılması üçün hər şeyi edəcəyəm. Belə bir qüvvə idi, bu qüvvə gürcü cəmiyyətindən üzr belə istəməyib”-deyə Mixeil Ğavelaşvili açıqlayıb.

Parlamentin plenar iclasında “Quruculuq Strategiyası”nın lideri ilə “Xalqın Gücü”nün təmsilçisi arasında qarşıdurma baş verib.

Qiorqi Vaşadze bəyanat verərkən salonda replikaların eşidilməsi üzərinə qarşıdurma müşaiyət olunub. Replikalar Vaşadzenin “Xalqın Gücü”nün qanun layihəsinin qəbulu vətənə xəyanətdir” bəyanatından sonra eşidilib.