Mixeil Dundua - Gürcüstan regional liderliyin yeni mərhələsinə keçir
Gürcüstan regional liderliyin yeni mərhələsinə keçir və bu da iqtisadi inkişafı və təhlükəsiz mühitdə daha çox investisiyaları nəzərdə tutur, – bu bəyanatı Maliyyə Nazirinin müavini Mixeil Dundua ABŞ və Gürcüstan arasında 5G şəbəkələri haqqında qoyulan memorandumun əhəmiyyəti haqqında danışarkən verdi.
Onun dediyinə görə, ABŞ istəyir ki, Gürcüstanla partnyorluq daha da dərinləşsin.
“Bu memorandum deməkdir ki, Gürcüstan və Amerika arasında, təhlükəsiz bir mühitdə daha çox investisiya olacaq.
Qeyd edək ki, Amerikanın Dövlət Katibinin müavini Kit Kroş bəyan etdi ki, Amerika- Gürcüstan münasibətləri yeni mərhələyə keçir və Gürcüstan-Amerika biznes-planı hazırlanmaqdadır.
“Bu deməkdir ki, ABŞ və Gürcüstan artıq sadəcə strateji partnyorlar deyil, həmçinin biznes-partnyorlar olacaqlar” – dedi nazir müavini Mixeil Dundua.