Mixeil Dundua - qiymətlər tənzimlənir, inflyasiya əhəmiyyətli dərəcədə azalır və yüksək iqtisadi artım fonunda bu, bir daha ölkənin düzgün istiqamətdə getdiyini göstərir
Qiymətlər tənzimlənir, inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə azaldılır və bütün bunlar yüksək iqtisadi artım fonunda bir daha ölkənin düzgün istiqamətdə getdiyini göstərir”, – Gürcüstanın maliyyə nazirinin müavini Mixeil Dundua bildirib.
Mixail Dunduanın qeyd etdiyi kimi, iyulda illik inflyasiya 0,3 faiz təşkil edib.
“Biz görürük ki, qiymətlər tənzimlənir, inflyasiyanın səviyyəsi xeyli aşağı düşür və bütün bunlar yüksək iqtisadi artım fonunda bir daha ölkənin düzgün istiqamətdə getdiyini göstərir. İqtisadi inkişaf düzgün həyata keçirilir və aşağı inflyasiyanın fonunda iqtisadi artımın yaxşı tempinin təbii olaraq əhalinin rifahına təsir etməsi vacibdir. Biz il ərzində inflyasiyanın tempinin aşağı düşəcəyini və aşağı səviyyədə olacağını gözləyirik. Bu baxımdan proses düzgün istiqamətdə gedir”, – deyə Mixeil Dundua bildirib.