Mixeil Dauşvili - nə qədər yaxşı qanun qəbul etməyimizdən asılı olmayaraq, məhkəmə və prokurorluq qeyri-müvafiqdirsə de-oliqarxizasiyanı təmin edə bilməz
Mixeil Dauşvili - nə qədər yaxşı qanun qəbul etməyimizdən asılı olmayaraq, məhkəmə və prokurorluq qeyri-müvafiqdirsə de-oliqarxizasiyanı təmin edə bilməz

 

Nə qədər yaxşı qanun qəbul etməyimizdən asılı olmayaraq, yalnız qanunun qəbulu ilə real de-oliqarxizasiya mümkün olmayacaq. Müstəqil və qərəzsiz məhkəmə, effektiv və müstəqil dövlət institutları olmasa, bu məqsədə nail olmaq mümkün olmayacaq-bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Mixeil Dauşvili bildirib.

O , “Gürcü Arzusu”nun təklif etdiyi qanun layihəsinin birbaşa Ukrayna variantından köçürüldüyünü bildirib.

“Adı çəkilən qanun Ukraynanın xüsusiyyətlərinə uyğunlaşdırılıb, Ukraynanın xüsusiyyətləri isə köklü şəkildə fərqlənir. Bundan irəli gələrək, qanunun surətinin çıxarılması de-oliqarxizasiya hissəsində irəliləmə funksiyasını da yerinə yetirə bilməyəcək. Qəbul etdiyimiz qanunun gürcü xüsusiyyətlərinə uyğunlaşdırılması və real olaraq de-oliqarxizasiyaya kömək edəcək meyarları əks etdirməsi vacibdir. Məsələn, siyasi həyatda iştirak hissəsində, şəxslə birbaşa əlaqəsi olan şəxslərin dövlət vəzifələrinə təyin edilməsi məsələsi həlledici olmalıdır. Həmçinin mühüm meyarlardan biri də rus komponenti olmalıdır. Təqdim olunan meyarlarla de-oliqarxizasiya prosesinə kömək etmək belə mümkün olmayacaq. Nə qədər yaxşı qanun qəbul etməyimizdən asılı olmayaraq, məhkəmə və prokurorluq qeyri-müvafiqdirsə de-oliqarxizasiyanı təmin edə bilməz” – deyə Mixeil Dauşvili bildirib.