Mixeil Dauşvili - konstitusiya və qanunvericilik çərçivəsindən kənara çıxan istənilən ifadə forması qəbuledilməzdir
Mixeil Dauşvili - konstitusiya və qanunvericilik çərçivəsindən kənara çıxan istənilən ifadə forması qəbuledilməzdir

 

Konstitusiya və qanunvericilik çərçivəsindən kənara çıxan istənilən ifadə forması əlbəttə ki, qəbuledilməzdir- bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Mixeil Dauşvili bildirib.

Mixeil Dauşvili ardıcıl üsullarla mübarizənin hər zaman məna kəsb etdiyini bildirib.

“Hər kəsin öz düşüncəsi var, bəziləri bunu belə görür, bəziləri isə fərqli görür. Təbii ki, mübarizənin hər zaman mənası var və bu, ən aydın şəkildə sonuncu dəfə özünüidarəetmə seçkilərində, “Gürcü Arzusu”nun bir sıra böyük munisipalitetlərdə təknəfərlik idarəçiliyi itirdiyi zaman göründü. Ardıcıl metodik mübarizə hər zaman məna kəsb edir. “Gürcü Arzusu”nun dəyişəcəyinə tam əminik . Bu gün əsas məqsədimiz konstitusiya çərçivəsindən kənara çıxmaqdan danışmaq deyil, namizəd statusu almaq olmalıdır . Bir daha açıq şəkildə demək istərdim ki, biz konstitusiya çərçivəsində olan heç bir ifadə azadlığını istisna etməyəcəyik” – deyə Dauşvili bildirib.

“Qirçi-Daha Çox Azadlığ”ın lideri Zurab Caparidze bir çox insanın son nəticədə hakimiyyəti dəyişən bir nömrəli amil olduğunu bildirib. “Biz bir çox şeydə,o cümlədən binaların alınmasında iştirak etməklə irəli gedə bilərik . Bu bina Bidzinanın deyil, Rustavelidə toplaşan insanlarındır. Oradan onları təpiklə qovmaqda nə problem ola bilər” – deyə Caparidze bildirib.