Mixeil Dauşvili - Davit Kezeraşvilinin bizi maliyyələşdirib-maliyyələşdirmədiyini məndən ciddi şəkildə mi soruşursunuz ? Bu cəfəngiyyatdır, bunun bizimlə heç bir əlaqəsi yoxdur
Mixeil Dauşvili - Davit Kezeraşvilinin bizi maliyyələşdirib-maliyyələşdirmədiyini məndən ciddi şəkildə mi soruşursunuz ? Bu cəfəngiyyatdır, bunun bizimlə heç bir əlaqəsi yoxdur

 

Davit Kezeraşvilinin bizi maliyyələşdirib-maliyyələşdirmədiyini məndən ciddi şəkildə mi soruşursunuz ? Bu cəfəngiyyatdır, bunun bizimlə heç bir əlaqəsi yoxdur – bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Mixeil Dauşvili açıqlayıb.

“Dünənki müsahibənin nəyə xidmət etdiyi maraqlıdır, çünki ictimaiyyətin nəyinsə cavabını eşitməsindən daha çox suallar yarandı. Hər kəsin siyasətdə iştirak etmək hüququ var və mənşəyi bəlli olmayan kölgədən gələn pullarla prosesləri idarə etmək, aparmaq yolverilməzdir. Bununla həm iqtidarda, həm də müxalifətdə mübarizə aparmalıyıq. Bu, hər iki tərəfdən qəbuledilməzdir. Siyasətlə açıq şəkildə məşğul olmaq hər kəsin haqqıdır. Proseslərin qeyri-rəsmi idarə olunması bütün tərəflər, istər iqtidar, istərsə də müxalifət üçün qəbuledilməzdir” -deyə Dauşvili açıqlayıb.

Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili mediadan birinin efirində açıqlayıb: “Qərbpərəst cinaha kömək edənlər azdır. Mən də onlardan biriyəm və sona qədər mübarizəmi davam etdirmək niyyətindəyəm. Vətəndaş cəmiyyətinin tez-tez köməyə ehtiyacı olan subyektləri də var”.