Mixeil Çxenkeli TDU, GTU, TDTU, İliauni və Suxumi Dövlət Universitetlərinin rəhbərləri ilə tələbə yataqxanalarının tikintisi məsələsini müzakirə edib
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Caba Samuşia, Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurqenidze, İlia Dövlət Universitetinin rektoru Nino Doborcqinidze, Tbilisi Dövlət Tibb Universitetinin kansleri Zurab Orconikidze və Suxumi Dövlət Universitetinin rəbərliyinin nümayəndələri ilə tələbə yataqxanaları məsələsi ilə əlaqədar məsələyə dair işgüzar görüş keçirib.
Görüş zamanı nazir prosesi sürətləndirməyə kömək edəcək bütün imkanları müzakirə edib. Mixeil Çxenkeli qeyd olunan məsələnin tələbələrin maksimum iştirakı ilə aparılmasının vacib olduğunu bildirib.
Digər tərəfdən, dövlət universitetlərinin rektorları tələbə yataqxanaları ilə bağlı məsələlərin həlli istiqamətində naziri konkret təşəbbüslərlə tanış ediblər. Mixeil Çxenkeli Gürcüstanın Təhsil və Elm Nazirliyinin layihələrin həyata keçirilməsində onlara dəstək olacağını bildirib.
Görüşdə Gürcüstanın təhsil və elm nazirinin müavinləri Nunu Mitskeviçi və Valerian Qobronidze iştirak ediblər.
Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyinin mətbuat xidməti yayır.