Mixeil Çxenkeli Rostom Çxeidzeyə - hakimiyyətiniz dövründə məktəblərdə Gürcüstan tarixi fənnini ləğv etdiniz, bu il Gürcüstan tarixini müstəqil fənn olaraq proqrama qaytardıq
Mixeil Çxenkeli Rostom Çxeidzeyə - hakimiyyətiniz dövründə məktəblərdə Gürcüstan tarixi fənnini ləğv etdiniz, bu il Gürcüstan tarixini müstəqil fənn olaraq proqrama qaytardıq

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli “Milli Hərəkat” partiyasının deputatlarından olan Rostom Çxeidzenin məktəblərdə Gürcüstan tarixinin tədrisi ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Çxenkelinin qeyd etdiyi üzrə, əvvəlki hakimiyyət şəraitində məktəblərdə Gürcüstan tarixi fənni ləğv edilib, bu il isə müstəqil fənn kimi qaytarılıb.

“Mən cənab Rostomun məktəblərdə Gürcüstan tarixinin tədrisi ilə bağlı qaldırdığı məsələlərdən birinə cavab vermək istərdim. Sizin belə bir sual ünvanlamağınız ümumiyyətlə mənə maraqlıdır, hakimiyyətiniz dövründə məktəblərdə Gürcüstan tarixi fənnini ləğv etdiniz və bu il sentyabrda biz ədaləti bərpa etdik, Gürcüstan tarixini müstəqil fənn kimi öz dərsliyi ilə məktəbə qaytardıq.

Mən bunu vurğulamaq və ictimaiyyətə bir daha demək istədim ki, məhz bizim hakimiyyətimiz dövründə, Gürcüstan tarixi bu dərs ilində məktəblərdə müstəqil fənn kimi qayıdıb.

Bu gün şagirdlərimizin Gürcüstan tarixini müstəqil bir fənn kimi ən yaxşı tarixçi və mütəxəssislərimizin uzun müddət üzərində işlədiyi müvafiq, layiqli dərsliklə öyrənəcəkləri qürurverici xəbərdir” – deyə Çxenkeli bildirib.