Mixeil Çxenkeli - 2018-2022-ci illərin göstəricilərinə əsasən, maliyyə borcuna görə statusu dayandırılan tələbələrin sayında kəskin dəyişiklik yoxdur və 1-2% arasında dəyişir
Parlamentdə interpelyasiya qaydası ilə dinlənilən Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli çıxışı zamanı statusu dayandırılan tələbələrdən danışıb.
O , tələbə statusunun dayandırılmasının səbəblərinin müxtəlif ola biləcəyini bildirib.
“Xarici ölkədə təhsil alma, hamiləlik, doğuş, uşağa qulluq və ya səhhətin pisləşməsi, səbəbi göstərilmədən tələbənin şəxsi ərizəsi; Maliyyə borcu və ya ali təhsil müəssisəsinin nizamnaməsində nəzərdə tutulmuş digər hallar” -deyə Çxenkeli bildirib.
Mixeil Çxenkeli 2018-2022-ci illərin göstəricilərinə əsasən, maliyyə borcuna görə statusu dayandırılan tələbələrin sayında kəskin dəyişikliyin olmadığını və 1-2% arasında dəyişdiyini bildirib.