Mixeil Batiaşvili - 12-ci sinif şagirdlərinin buraxılış imtahanlarının ləğv olunması ilə bağlı məsləhətləşmələr aparılır və tez zamanda qərar veriləcək
Mixeil Batiaşvili - 12-ci sinif şagirdlərinin buraxılış imtahanlarının ləğv olunması ilə bağlı məsləhətləşmələr aparılır və tez zamanda qərar veriləcək

12-ci sinif şagirdlərinin buraxılış imtahanlarının ləğv olunması ilə bağlı müzakirə aparılır və tez zamanda müvafiq qərar veriləcək – Bu barədə bəyanatı Təhsil Naziri Mixeil Batiaşvili verdi.

“Bu məsələ üzərində intensiv şəkildə işləyirik. Bildiyiniz kimi bu məsələ bir çox qanun dəyişikliklərini nəzərdə tutur. Məsələ ilə bağlı sahə mütəxəssisləri ilə aparılan məsləhətləşmələrdən sonra, müvafiq qərarı bütün riskləri nəzərə alaraq verəcəyik.  Qərarımız təhsil keyfiyyətinə yönəldilmiş olacaq. 11-ci sinif şagirdlərinin imtahan məsələsi ilə bağlı qərar verildi, 12-ki sinif isə, bir çox qanun dəyişikliyini tələb edir” – dedi Təhsil Naziri.

Milli İmtahanlar Mərkəzinin rəhbəri Sopo Qorqodze Təhsil sisteminin yeni modelinin təqdimatında, yanvarın 29-da bəyan etdi ki, 2020-ci ildən məktəblərdə buraxılış imtahanları olmayacaq.

Qeyd edək ki, caridə il buraxılış imtahanları 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.