Mixail Saakaşvilinin "Yeni Qüvvələr Hərəkatı" fəalları Poroşenkonun Maldivi adalarında istirahətinə etiraz edirlər
Mixail Saakaşvilinin “Yeni Qüvvələr Hərəkatı” fəalları Kiyevdə, Ukrayna Prezidenti Administrasiyası önündə etiraz aksiyası keçirdilər. Onlar Poroşenkonun Maldivi adalarında istirahətinə etiraz edirlər.
Nümayişçilər Prezidenti Administrasiyası önünə hava ilə doldurulan hovuz apardılar. Elə həmin orada çimərlik kostyumu geymiş bir neçə fəal var idi. Fleşmob ictimai əsaiyi pozmadan başa çatdı.
Xatırladaq ki, Ukrayna mətbuatının məlumatına görə, Petro Poroşenko, ailəsi ilə birlikdə Maldivi Adalarındadır. İstirahət ona yarım milyona başa gəldi.
Bununla yanaşı, mətbuatın məlumatına görə, Petro Poroşenko ölkəni saxta sənədlərlə tərk etdi.