Mixail Saakaşvilinin məhkəmə prosesi bugün saat 12:00-də başlayacaq (video)

Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin məhkəmə prosesi, Kiyevin Peçorski rayon məhkəməsində bugün saat 12:00-da başlayacaq.

Yerli medyanın yaydığı məlumata görə, prosesdə onun həyat yoldaşı sanrda Rulofs da iştiak edəcək.

Məhkəmənin yanında polis qüvvələri və Saakaşvilinin dəstəkçiləri yığılıblar.

Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqanın bəyanatına görə, prokurorluq Saakaşvilinin ev həbsini və elektron biləzik gəzdirməsini tələb edir.

Saakaşviliyi müdafiyə edən tərəf isə bəyan edir ki, onu məhkəmə zalından azad edəcəklər.

Saakaşvilinin vəkilinin dediyinə görə, onlarda, Saakaşvilinin evinin yoxlanışı zamanı, hüquqmühafizəçilər tərəfindən yol verilən qanunsuzluq haqqında ciddi dəlilləri var.

Məhkəmə prosesinə paralel olaraq, Saakaşvilinin tərəfdarları etiraz aksiyaları keçirməyə davam edirlər.

Mixeil Saakşvilinin özü isə, hazırda Təhlükəsizlik Xidmətinin müvəqqəti təcridxanasındadır.

Xatırladaq ki, Ukrayna iqtidarı Saakaşviliyi hökümət çevrilişini təşkil edən qruplarla əməkdaşlıqla ittiham edir.