Mixail Saakaşvili yardım üçün Angela Merkelə müraciət edir
Mixail Saakaşvili yardım üçün Angela Merkelə müraciət edir

Polşaya sürülən Mixail Saakaşvili yardım üçün Almaniyanın kansleri angela Merkelə müraciət edir.

Odessanın sabiq qubernatoru Almaniyanın Bild-nəşriyyatına verdiyi müsahibədə bəyan etdi ki, maskalı şəxslər onu təhdid edərək, zorla təyyarəyə mindirib, Polşaya keçirdilər.

“Bütün bunları Poroşenkonun korrupsiyalaşdırılmış rejimi edir” – dedi Saakaşvili.

Onun dediyinə görə, əgər Avropa İttifaqı və konkret olaraq, Almaniyanın kansleri Angela Merkel buna qarşı heç bir tədbir görməsə, Ukrayna kollapsa doğru gedəcək.

“Poroşenko məni qovalamağa çalışır, çünki onun korrupsiyalı rejimi üçün təhlükə olaraq, görür” – dedi Saakaşvili.

Onun dediyinə görə, o Ukraynata qayıtmağı planlaşdırır.

Xatırladaq ki, dünən gecə Saakaşviliyi yaxalayıb, Polşaya göndərdilər.