Mixeil Saakaşvili - Ukrayna vətəndaşı kimi mən Ukrayna ilə üzvlük danışıqlarının başlanmasını qətiyyətlə dəstəkləyirəm
Mixeil Saakaşvili - Ukrayna vətəndaşı kimi mən Ukrayna ilə üzvlük danışıqlarının başlanmasını qətiyyətlə dəstəkləyirəm

İndi siyasi intriqaların vaxtı deyil. Prezident Marqvelaşvilinin prinsipial mövqeyini gördüm, buna görə çox minnətdaram- bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkələrdə yazır və onun imzaladığı petisiyanı yayır.

“Qələbə Koalisiyası – “Vahid Milli Hərəkat” ümumi yığıncaqda iştirak edir və imzaladığım petisiyanı onlara təqdim edirəm. Putinin və onun Rusiya rejiminin şəxsi məhbusu, eyni zamanda Gürcüstanda Avropa bayrağını ilk dəfə dalğalandıran prezident kimi mən statusun verilməsinin zəruriliyinə əminəm. Qalanını Gürcüstanda görməliyik.

Həmçinin, mən Ukrayna ilə üzvlük danışıqlarının başlanmasının tərəfdarıyam. Rusiya rejimi məni nə qədər Avropaya doğru hərəkata verdiyim töhfədən məhrum etməyə çalışsa da, hamı yaxşı xatırlayır ki, mənim vaxtımda Gürcüstan üçlüyün lideri idi, indi biz geridə qalmışıq, Ukrayna bizi qabağa çəkir” – Mixeil Saakaşvili bildirir.