Mixail Saakaşvili Ukrayna əhalisinə Antalyadan daha yaxşı sahil yaratmağı vəd edir
Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvili Facebook-da video yayır, hansında ki, Ukraynanın istifadə edilməyən potensialı haqqında danışır.
Saakaşvili Ukrayna əhalisinə Antalyadan daha yaxşı sahil yaratmağı vəd edir.
“Bu Avropanın ən son əldəyməmiş sahilləridir. Yəqin ki, siz bunun haqqında eşitməyibsiniz. Sergeevkadan sonra, burada onlarla kilometrlərdə əl dəyməmiş sahillər var.
Yerli hakimiyyətlər onu satıb pulunu yeməyə çatdıra bilmədilər, çünki buraya doğru gələn yol yoxdur. Biz burada yol tikəcəyik, mehmanxanalar və kazinolar tikəcəyik və turistləri cəlb edəcəyik. Burada minlərlə iş yerləri açılacaq.
Bura Ukraynanın Marbelasıdır. Ukraynanın yeni Antalyası olacaq. Bir zamanlar Antalyada belə idi. İlk öncə burada infrastruktura tikilməlidir” – deyir Saakaşvili.