Mixeil Saakaşvili - Sona qədər itələmək lazımdır, bu divara daim vurmağa davam etməlisiniz və o, mütləq yıxılacaq, mən Ukrayna siyasətçisi, vətəndaşı və eyni zamanda Gürcüstanın pərəstişkarı olaraq qalıram
Mixeil Saakaşvili - Sona qədər itələmək lazımdır, bu divara daim vurmağa davam etməlisiniz və o, mütləq yıxılacaq, mən Ukrayna siyasətçisi, vətəndaşı və eyni zamanda Gürcüstanın pərəstişkarı olaraq qalıram

Yeni üsullar lazımdır, sona qədər itələmək lazımdır. Bu divara daim vurmağa davam etməlisiniz və o, mütləq dağılacaq. Mən Ukrayna siyasətçisi, vətəndaşı, eyni zamanda Gürcüstanın pərəstişkarı olaraq qalıram, – bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz feysbuk səhifəsində yazır.

Onun sözlərinə görə, indi ən vacib olan maksimal birlikdir.

“Bu beş nəfərin öz tərəflərinə çəkilməsi Ukraynada Yanukoviçin dövründə olduğu kimi müxalifətdən üzvlərin çıxarılması ilə eyni şəkildə baş verdi. Bu oliqarx klassikasıdır. Faktdı ki, onların heç biri “Milli Hərəkat”ın üzvü deyildi. “Milli Hərəkat”ın özü çox fəallıq edir, bu da məni sevindirir. İndi ən əsası maksimal birlikdir, bütün köhnə inciklikləri unutmaqdır. Böyük təhlükə qarşısındayıq – bu Gürcüstan dövlətçiliyinin yoxa çıxması təhlükəsidir. Şadam ki, maraqlı gənclər meydana çıxıb və çox operativ hərəkət edirlər. Yeni üsullar, çeviklik, operativlik və axıradək davam etmək lazımdır. Bu divara vurmağa davam etməlisiniz və o, mütləq yıxılacaq. Mən Ukrayna siyasətçisi və vətəndaşı , eyni zamanda Gürcüstanın pərəstişkarı olaraq qalıram. Mənim əsas vəzifəm Ukraynanın qələbəsidir və təbii ki, Ukrayna ilə birlikdə Gürcüstanın da qələbəsidir” – Mixeil Saakaşvili yazır.