Mixeil Saakaşvili - növbəti seçki üçün partiya siyahımızın böyük əksəriyyəti heç vaxt deputat olmayan şəxslərdən ibarət olmalıdır
Mixeil Saakaşvili - növbəti seçki üçün partiya siyahımızın böyük əksəriyyəti heç vaxt deputat olmayan şəxslərdən ibarət olmalıdır

Növbəti seçkilər üçün “Milli Hərəkat” siyahısında mütləq çoxluq heç vaxt parlament üzvü olmayan şəxslərdən ibarət olmalıdır-bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili açıqlayıb.

Mixeil Saakaşvilinin sosial şəbəkədə yazdığı kimi, qapıları geniş açıb aktiv işə başlamaq lazımdır.

“Partiya yoldaşlarıma müraciət edirəm,  növbəti seçkilər üçün siyahımızın mütləq əksəriyyəti heç vaxt deputat olmayan şəxslərdən ibarət olmalıdır.

Bunun üçün qapıları geniş açmaq və bu istiqamətdə aktiv işə başlamaq lazımdır”- Mixeil Saakaşvili yazır.