Mixail Saakaşvili - Məni həbs edə bilərsiniz və ya öldürə bilərsiniz, ancaq bu sizin tarixinizi dəyişdirməyəcək
Odessa əyalətinin sabiq qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin dediyinə görə, Ukrayna prezidenti onu həbs edə bilmək üçün qanunvericiliyi dəyişdirmək istəyir.
Bu barədə bəyanatı Mixail Saakaşvili Appelyasiya məhkəməsində verdi.
Onun dediyinə görə, Petro Poroşenko onun Ukrayna vətəndaşlığını qeyri-qanuni şəkildə əlindən aldı və qeyri-qanuni şəkildə, ölkədən qovalamağa çalışır.
“Siz məni həbs edə bilərsiniz, öldürə də bilərsiniz, ancaq bu sizin tarixini dəyişdirməyəcək. Sizi tənqid edən hərkəsi həbs etməyə qanun çıxarda bilməyəcəksiniz. Sadəcə doğruları deyən hakimlərin hamısını işdən çıxarda bilməyəcksiniz.
21-ci əsrda bu mümkün deyin. Sizə bütün dünya baxır. Baxın burada neçə teleşirkətin kamerası var” – dedi Saakaşvili.
Kiyevin Appelyasiya Məhkəməsi Mixeil Saakaşvinin işinin müzakirəsini təxirə saldı. Növbəti proses yanvarın 3-də keçiriləcək.