Mixail Saakaşvili - Məni Gürcüstana qaytarsalar, qarantiya verirəm ki, tez zamanda azad olacam
“Gürcüstana qayıtmaqdan qorxmuram, sadəcə olaraq, bununla Putinə hədiyyə etmək istəmirəm” – bu bəyanatı Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Kiyevdə keçirilən mətbuat konfransında verdi.
Ukrayna medyasının məlumatına görə, Saakaşvilinin bəyanatı, jurnalistin sualına cavab idi. Jurnalist sual vermişdi ki, əgər Saakaşvilinin Gürcüstana ekstradisiya məsələsi qaldırılsa və yaxud deport olunsa, nə edəcək.
“Gürcüstana qayıtsam, sizə qarantiya verirəm ki, çox yaxında azad olacam və hətta bu Poroşenko üçün çox pis qurtaracaq. Bunu o da bilir, Gürcüstan iqtidarı da” – dedi Saakaşvili.
Saakaşvili həmçinin,bəyan etdi ki, Gürcüstan iqtidarı onu həbs edə bilməz, çünki, əhalinin əksəriyyəti ona dəstək vermir.