Mixail Saakaşvili - məhkəmənin məni azad etməsi Putin üçün fəlakətdir
Ukraynalılara mən nəyi edə biləcəyimi deyil, onların nəyi edə biləcəklərini göstərmək istəyirəm, – bu barədə Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili “Doyçe Vellenin” rusdilli xidməti ilə müsahibəsində bildirdi.
Jurnalistlər Mixail Saakaşvilidən Ukraynanın baş naziri olmağını istədiyini soruşdular.
“Ukrayna dövləti hansı istiqamətə göndərsə, ora gedəcəm. Prezident həqiqətən heç zaman olmayacam. Prezident burada anadan olan, bütün həyatı ilə Ukraynaya bağlı adam olmalıdır. Mən də mənim həyatımın böyük hissəsini ukraynaya həsr etmişəm, lakin bu yetərli deyil. Ukraynalılara mən nəyi edə biləcəyimi deyil, onların nəyi edə biləcəklərini göstərmək istəyirəm”, – Mixail Saakaşvili bəyan etdi.
Odessanın keçmiş qubernatorunun dediyinə görə, siyasətçilər məsləni sülh yolu ilə həll etməlidirlər.
Mixail Saakaşvili həmçinin, Vladimir Putinin yekunlaşdırıcı illik mətbuat konfransında etdiyi bəyanatına əks sədar verdi.
“Məhkəmənin məni azad etməsi Putin üçün fəlakətdir. Hansısa hakim cəd edib ölkə prezidentinə tabe olmadı. Rusiyada bu gec-tez mümkündür ki, baş versin”, – Gürcüstanın keçmiş prezidenti bəyan edir.