Mixail Saakaşvili - Kiyevin mərkəzində çox sayda insanların yığıldığı anda, oraya qayıdacam
Mixail Saakaşvili - Kiyevin mərkəzində çox sayda insanların yığıldığı anda, oraya qayıdacam

“Yeni qüvvələr” hərəkatının lideri Mixeil Saakaşvili Ukraynaya getməyə hazırlaşır.

Bu barədə bəyanatı o newsone kanalının efirində verdi.

“Kiyevin mərkəzində çox sayda insanların yığıldığı anda, oraya qayıdacam. Təyyarəyə minib, birbaşa Borispola gedəcəm” – dedi Saakaşvili.

Onun dediyinə görə, hazırda o Avropa ölkələrində müxtəlif insanlarla lazımlı görüşlər keçirir.

Yaxın günlərdə Mixeil Saakaşvili, Avropanın müxtəlif turist institutlarında təhsil alan Ukraynalılar qrupu ilə görüş keçirməyi planlaşdırır.

Saakaşvili bu tələbələrlə bərabər Ukraynada turizmin inkişafı haqqında seminar keçirməyi planlaşdırır.

Saakaşvili qeyd etdi ki, bu sahədə Gürcüstanda aldığı böyük təcrübəsi var.