Mixail Saakaşvili - Əgər Gürcüstanda həbs edilsəm, tərəfdarlarım hökümət çevrilişi edəcəklər
“Əgər məni Gürcüstanda həbs etsələr, tərəfdarlarım hökümət çevrilişi edəcəklər”, – bu bəyanatı Mixail Saakaşvili Fransız nəşriyyatı Liberation-la müsahibə zamanı verdi.
Mixail Saakaşvili hesab edir ki, onun Ukraynadan ekstradisiyası Gürcüstana deyil, digər bir ölkəyə edilə bilər.
“Ukrayna iqtidarı mənim ekstradisiyam üçün hazırlaşır, ancaq bu demək deyil ki, mütləq Gürcüstana göndəriləcəm. Bir neçə gün bundan əvvəl öyrəndim ki, Polşa iqtidarı məni geri qəbul etmək tələbi ilə Ukrayna iqtidarına müraciət edəcək. Gürcüstana gəlincə isə, bu çox çətin məsələdir, çünki orada həbs edilsəm, tərəfdarlarım hökümət çevrişi təşkil edəcəklər” – dedi Gürcüstanın sabiq prezidenti.
Saakşvilinin dediyinə görə, Gürcüstanın silahlı qüvvələrində və hüquqmühafizəçiləri arasında onun dəstəkçiləri çoxdur.