Gürcüstanın sabiq prezidenti Ukrayna iqtidarına qarşı sanksiyaların qoyulmasını tələb edir.
Bu barədə bəyanatı Mixeil Saakaşvili Holandiyada keçirdiyi mətbuat konfransında verdi.
Odessanın sabiq qubernatorunun dediyinə görə, Avropa İttifaqı sanksiyaları ilk növbədə prezidentə qarşı tətbiq etməlidir, çünki Poroşenko Ukrayna xalqını soydu.
“Hal-hazırda mən Avroparlament ilə və həmçinin Holandiyalı siyasətçilərlə sıx əməkdaşlıq edirəm.
Bu əməkdaşlığın məqsədi onları Poroşenkoya qarşı sanksiyaların tətbiq edilməsi üçün razı salmaqdır. Ukrayna iqtidarının nümayəndələrinin Avropadaki aktivləri dondurulmalıdır” – dedi Saakaşvili.
Saakaşvili həmçinin bəyan etdi ki, Ukraynaya qayıtmağı düşünür.
Onun dediyinə görə, iyunun 3-də, o öz partiyasının aktivistləri ilə bərabər Polşa-Ukrayna sərhədinə gedəcək və öz seçki proqramını təqdim edəcək.
Bununla yanaşı, Saakaşvili bəyan etdi ki, Ukrayna prezidentinin postunu almaq kimi ambisiyası yoxdur.
“Mən sadəcə olaraq, Ukraynalı demokratlara korupsiya ilə mübarizədə yardım etmək istəyirəm” – dedi sabiq prezident.