Mixail Saakaşvili - İntiqam çox sərt olacaq, xalq sizi bağışlamayacaq
“Ukraynadan Mixail Saakaşvilinin qovalanması Putin üçün 2018-ci ilin əvvəlində ən gözəl hədiyyə olacaq,” – bu bəyanatı Gürcüstanın sabiq prezidenti Kiyevin Administrativ Apellyasiya Məhkəməsinin iclasında verdi.
“Yeni qüvvələr hərəkatının” lideri özünü rus müxalifətçisi Aleksey Navalni ilə müqayisə etdi və qeyd etdi ki, onun siyasi fəallığı zamanı da, Navalnıya yaradılan maneçiliklərin eynisi onun üçün də yaradılır.
Saakaşvilinin dediyinə görə, onun Ukraynadan qovalanması Putinin tələbidir.
Saakaşvili Ukrayna iqtidarını korrupsiya ilə suçladı.
“İntiqam çox sərt olacaq, xalqınız sizi bağışlamayacaq” – dedi Saakaşvili.
Ukrayna məhkəməsi Mixail Saakaşvilinin Ukraynada qalmağının qeyri-leqallığı və Gürcüstana ekstradisiya məsələsini müzakirə edir.