Mixail Saakaşvili - Gürcüstan iqtidarı məndən cin duadan qorxan kimi qorxur
Mixail Saakaşvili - Gürcüstan iqtidarı məndən cin duadan qorxan kimi qorxur

“Gürcüstan iqtidarı məndən cin duadan qorxan kimi qorxur”, – bu bəyanatı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili NewsOn teleşirkəti ilə müsahibə zamanı, onun ekstradisiyası haqqında sualları cavablandırarkən verdi. 

Mixeil Saakaşvilinin qeyd etdiyinə görə, Gürcüstan iqtidarı onun ekstradisiyasını istəsəydi, çoxdan edərdi.

“Bu çox gülməlidir, Gürcüstan iqtidarı məndən cin duadan qorxan kimi qorxur. Onların mənim Gürcüstana ekstradisiyamı istəsəydilər, indi çoxdan orada olardım. Deyirəm axı, nə Gürcüstan, nə də Ukrayna iqtidarlarının mənə qarşı ciddi suçlamaları yoxdur” – dedi Saakaşvili.

Bugün Mixail Saakaşvili mətbuat konfransı keçirəcək.