Mixail Saakaşvili Elene Xoştariyanı aclıq aksiyasını dayandırmağa çağırıb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Elene Xoştariyanı aclıq aksiyasına son qoymağa çağırıb.
“Mən Elene Xoştariyaya qəhrəmancasına və vətənpərvər davranışına görə böyük hörmət və minnətdarlıqla müraciət etmək, ən azından desək, onun sağlamlığı üçün təhlükəli olan aclıq prosesinə dərhal son qoymağa ürəkdən çağırış etmək istərdim”, – Bu məktibu Nika Qvaramia təqdim etdi.
Məlumat üçün bildirək ki, Mixail Saakaşvili Strasburq məhkəməsinin qərarına uyğun olaraq aclığı dayandırmaq qərarına gəlib, lakin qərarın icrası üçün müəyyən şərtlər qoyur.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Mixail Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb. Bu barədə Strasburq məhkəməsinin Gürcüstanın Ədliyyə Nazirliyinə göndərdiyi məktubda deyilir.
Məktubda bildirilir ki, Strasburq məhkəməsi həmçinin qərara alıb ki, Gürcüstan hökuməti Saakaşvilinin hazırkı səhhətinin vəziyyəti (həmçinin həbsxana xəstəxanasında müalicəsi) barədə məlumatı məhkəməyə təqdim etsin, onun həbsxanada təhlükəsizliyini təmin etsin və ona müvafiq tibbi yardım göstərsin.