Mixeil Saakaşvili - Bütün dünyada və ilk növbədə Gürcüstanda olan gürcülər bu ədalətsizliyə səsinizi daha da ucaldın
Mixeil Saakaşvili - Bütün dünyada və ilk növbədə Gürcüstanda olan gürcülər bu ədalətsizliyə səsinizi daha da ucaldın

Strasburqda hüquqi proses davam edir, mən həyatım, Gürcüstan, Ukrayna uğrunda mübarizəmi davam etdirirəm  – bu barədə sosial şəbəkədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazır.

Saakaşvilinin qeyd etdiyinə görə, onun bütün tərəfdarları və sağlam düşüncəli bütün insanlar başa düşməlidirlər ki, iki ilə yaxındır ki, ona işgəncə verirlər.

“Strasburqda hüquqi proses davam edir. Mənim həyatım, Gürcüstan, Ukrayna uğrunda mübarizəm davam edir. İstəyirəm ki, bütün tərəfdarlarım və ümumiyyətlə, bütün sağlam düşüncəli insanlar başa düşsünlər ki, onlar artıq iki ilə yaxındır ki, mənə işgəncə verirlər, tamamilə uydurma ittihamlarla, tamamilə günahsız mənə.

Yeganə günahım odur ki, mən Rusiyanın burnunun dibində əsl dövlət yaratmışam və onu qətiyyətlə Avropa İttifaqına, NATO-ya tərəf çevirmişəm. İndi bütün bunlar böyük təhlükə altındadır və ona görə də Putinin əmri ilə məni həbsdə saxlayırlar.

Bütün dünyada və ilk növbədə Gürcüstanda olan gürcülər bu haqsızlığa səsinizi daha da bərk ucaldın!

Mən bütün həyatım boyu Gürcüstanın azadlığı uğrunda mübarizə aparmışam. İstəyirəm ki, Gürcüstan mənim, Nikanın, Lazarenin və haqsız yerə həbs olunanların azadlığı üçün səsini daha da ucaltsın.

Bizim işimizi ancaq xarici dövlətlər edə bilməz. Qərb və azad dünya ancaq amansız mübarizəmizin davam etdiyini görsə bizə kömək edəcək. Əminəm ki, Gürcüstan təkcə Ukraynanın ümidinə olmayacaq”  -deyə Saakaşvili yazır .

Bu gün məlum olub ki, Strasburq məhkəməsi Mixeil Saakaşvilinin Varşavaya köçürülməsindən imtina edib və dövlətə onun ölkə daxilində başqa müalicə müəssisəsinə köçürülməsinə göstəriş verməyib.