Mixail Podolyak - Ukrayna və Rusiya prezidentlərinin görüşündə istənilən fundamental qərar qəbul edilə bilər, heç bir şübhə yoxdur ki, belə bir görüş sülhün açarıdır.
Mixail Podolyak - Ukrayna və Rusiya prezidentlərinin görüşündə istənilən fundamental qərar qəbul edilə bilər, heç bir şübhə yoxdur ki, belə bir görüş sülhün açarıdır.

Ukrayna və Rusiya prezidentləri arasında görüş sülhün bərpası üçün açardır və belə bir sammit üzbəüz danışıqlar üçün mümkün kompromislər əldə olunarsa baş tuta bilər”, – Bu barədə Ukrayna prezidentinin müşaviri Mixail Podolyak BBC-yə bildirib.

“İstənilən fundamental qərar yalnız iki ölkə – Ukrayna və Rusiya prezidentlərinin görüşündə qəbul edilə bilər. Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. Hazırlanmış və hazır olacağıq, bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla təmaslarımız var, bir çox ölkələr müharibənin qaynar fazasına son qoymaqda maraqlıdır. İşçi qruplar danışıqlar prosesinin tərkib hissəsi kimi ilkin sənədləri hazırlayıb prezidentlərə təqdim edəndə onları qiymətləndirəcəklər və bu, artıq üzbəüz müzakirə oluna bilən “yol xəritəsi”dir, o zaman bu görüş baş tutacaq”, – Podolyak bildirib.

O, bu görüşün nə vaxt keçiriləcəyini bilmədiyini və hələlik konkret tarix olmadığını bildirib.

Onun sözlərinə görə, Ukrayna öz döyüş, maddi-texniki hazırlığını nümayiş etdirib və müharibə infrastrukturunu yarada bilib ki, bu da düzgün danışıqlar aparmağa və prezident üçün çox yaxşı mövqe hazırlamağa imkan verir.