Mixail Podolyak - hazırda Ukrayna və Rusiya prezidentlərinin görüşü yeri ilə bağlı müzakirə aparılır
Hazırda Ukrayna və Rusiya prezidentlərinin görüşü yeri ilə bağlı müzakirə aparılır, – bu barədə Ukrayna prezidenti aparatının müşaviri, Mixail Podolyak bəyan etdi.
Ukrayna prezidenti aparatı nümayəndəsinin dediyinə görə, həmçinin Ukraynanın mövqeyi nəzərə alınmaqla sazişlər paketi hazırlanır
Podolyakın sözlərinə görə, Ukrayna tərəfi Rusiya nümayəndələri ilə daim əlaqədadır və aqressor ölkə artıq Vladimir Zelenski ilə Vladimir Putin arasında birbaşa dialoqa hazır olduğunu bəyan edir.
“Biz indi yer axtarırıq və Ukraynanın mövqeyini nəzərə alan sazişlər paketi üzərində işləyirik. Bu işlənib hazırlandıqdan, razılaşdırıldıqdan sonra prezidentlər artıq görüşə və yekun sülh müqaviləsinin əsasnaməsini işləyə biləcəklər. Bura gəlməyə çox vaxt aparacağını düşünmürəm”, – Podolyak bəyan etdi.