Mixail Çxenkeli gəncləri Beynəlxalq Tələbələr Günü münasibətilə təbrik edir
Gürcüstanın Təhsil və Elm naziri, Mixeil Çxenkeli gənclərə müraciət edəir və onları Beynəlxalq Tələbələr Günü münasibətilə təbrik edir.
“17 noyabr Beynəlxalq Tələbələr Günüdür – Uzun illərdir bütün dünya miqyası ilə qeyd olunan bu mühüm tarix münasibətilə hər bir tələbəni təbrik etmək istəyirəm. Gürcüstanın Təhsil və Elm Nazirliyinin əsas prioritetlərindən biri tələbələrin qayğısına qalmaq və onların keyfiyyətli təhsilə əlçatarlığını təmin etməkdir. İnanıram, növbəti illər sizin üçün xüsusi imkanlar və məsuliyyətlərlə dolu olacaq. Unutmayın ki, siz ölkəmizin daha yaxşı gələcəyini quran nəsilsiniz və hər bir qələbənizlə Gürcüstanın inkişafına və tərəqqisinə mühüm töhfələr verirsiniz. Bir daha sizi təbrik edir, sizə uğurlar və məhsuldar tələbəlik illəri arzulayıram!”, – Mixeil Çxenkeli bəyan edir.
17 noyabr Beynəlxalq Tələbələr Günü 1946-cı ildən bütün dünyada, Gürcüstanda isə, 2009-cu ildən qeyd olunur.