Mixael Qaler - Saakaşvili məsələsinin həll olunacağı təqdirdə Gürcüstanın namizəd statusu alacağını deyə bilmərik, bu, dönüş nöqtəsi deyil, hərçənd dərin münaqişənin həlli üçün bir siqnal olardı
Mixeil Saakaşvili ilə bağlı məsələ sırf humanitar məsələdir, sabiq prezidentin səhhətinə aiddir. Hər iki amerikalı ekspert onun səhhətinin pis olduğunu təsdiqləyir, lakin gürcü ictimaiyyətinin öz xalq müdafiəçisinin verdiktini eşitməsi vacib olacaq. Fikrimcə vəziyyətin ağırlaşmasının qarşısını əvvəlcədən almaq vacibdir -bu barədə avropalı parlamentari Mixael Qaler açıqlayıb.
Avropalı parlamentari bildirib ki, “əgər Mixeil Saakaşvili həbsxanada ölərsə, bu, siyasi fəlakət olacaq”.
“Gürcüstanın namizəd statusu alması üçün arasında müstəqil məhkəmənin də olduğu 12 bənd yerinə yetirilməlidir. Başa düşdüyüm qədərilə, məhz bu bənd çərçivəsində onun Avropa və ya başqa bir yerə xəstəxanaya köçürülməsi ilə bağlı müzakirələr gedir. Belə olan halda, yəqin ki, diqqət yerinə yetiriləcək bəndlərə yönəldiləcək, əks halda müzakirələr yəqin ki, bir yerdə donub qalacaq. Gürcüstana statusun verilməsi məsələsinə gəlincə, mən bunu şərt olaraq qoymazdım. Deyə bilmərik ki, bu məsələ həll olunacaq və Gürcüstan namizəd statusu alacaq, çünki belə deyil. Həyata keçirilməli olan bir çox başqa məsələlər var, bu, dönüş nöqtəsi deyil, lakin bu, hətta bizim üçün də dərin münaqişəni həll etmək, siyasi atmosferi depolarizasiya etmək üçün bir siqnal olardı. Avropa Parlamentində bir çox mövzularda fərqli mövqelərimiz ola bilər, lakin biz hamımız Gürcüstanın namizəd statusu almasını arzulayırıq. Bu səbəbdən Gürcüstanın siyasi partiyaları arasında dialoq çox vacibdir. Nə qədər ki, bu hal olduğu kimi qalacaq, dialoqa və depolarizasiyaya maneə yaradır” -deyə Qaler açıqlayıb.
Bundan əlavə, Mixael Qaler Avropa Parlamentinin Gürcüstanla bağlı hazırladığı qətnamədə mümkün dəyişikliklər ediləcəyini bildirib.
“Bir daha vurğulayıram ki, mən bu işin yalnız humanitar tərəfinə diqqət yetirirəm. Bu mənim üçün həlledicidir. Qətnaməyə gəlincə, yəqin ki, hesabatın mətnində dəyişikliklər olacaq. Böyük fikir ayrılığının olduğu vacib məsələ Bidzina İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı düzəlişdir. Bu, “EPP”nin ideyasıdır. Digər məsələlərdə az-çox razıyıq, bu məsələdə bu şəxsiyyətə necə davranmaq barədə fikir ayrılıqları daha çoxdur. Avropa Xalq Partiyası bu düzəlişi daha çox dəstəkləyir, görək. Biz gürcü cəmiyyətinin reaksiyasını gözlədiyimiz üçün bu məsələyə səs vermirik. Bu məsələyə necə baxacağımıza, hər bir vətəndaş özü qiymət verməlidir. Avropa Xalq Partiyasında hesab edirik ki, o, Gürcüstanda qərar qəbul edən şəxsdir və ölkənin siyasi həyatındakı qərarlara ciddi təsir göstərir. Bu məsələnin həlli tövsiyələrin həyata keçirilməsinin aspektlərindən biri ola bilər” – deyə Qaler açıqlayıb.