Microsoft Bitkoinləri ödəniş vasitəsi olaraq, artıq qəbul etmir
Microsoft Bitkoinləri ödəniş vasitəsi olaraq, artıq qəbul etmir

Microsoft rəqəmli valyuta Bitcoin-in ödəniş vasitəsi olaraq, qəbul edilməsini dayandırır.

Bu qərarın səbəbi, hesablaşma zamanı, qeyri-stabil kurs üzündən, şirkət üçün yaradıla biləcək risklərdir.

Həmçinin, səbəb olaraq, tranzaksiya vergisi də adlandırılır, hansı ki, köçürülən virtual məbləğin həcminə baxmayaraq, yüksəkdir.

Microsoft Bitkoinlə hesablaşma sistemini 2014-cü ildə tətbiq etdi.

Analoji qərarı Steam şirkəti verdi, hansı ki, onlain oyunlar sahəsində fəaliyyət göstərir.

Maliyyə qiqantı Visa isə, müxtəlif kripto-valyuta debet kartlarını buraxan WaveCrest ödəniş sistemi ilə müqaviləsini dayandırdı.

Visa səbəb olaraq, WaveCrest-in onların əməliyyat standartlarına müvafiq olmadığını adlandırır.

Nəticədə, Visa, WaveCrest ilə birgə debet kartlarının ləğv edəcək.

Debet kartlarının ləğv edilməsinə baxmayaraq, istifadəçilərin elektron kassaları aktiv olmağa davam edəcək və bu da istifadəçiləri pul itgilərindən qoruyacaq.