Miçiqanda 70-ci illərdə tikilən stadionu demontaj edə bilmədilər
Miçiqanda 70-ci illərdə tikilən stadionu demontaj edə bilmədilər

ABŞ-ın Miçiqan ştatında, 70-ci illərdə tikilən futbol stadionu xüsusi partlayıcı qurğuların vasitəsi ilə belə dağılmadı.

Stadionun dağıdılma cəhdini əhali də maraqla izləyirdi, ancaq stadion bir neçə partlayış nəticəsində belə dağılmadı.

Pontiac Silverdome 1975-cı ildə açıldı və bir neçə önəmli matçlara ev sahibliyi etdi.

Həmin stadionda Super Bowl da keçirildi. Bir neçə il bundan öncə isə, stadionun demontajına qərar verildi.