Miçiqan Universitetinə hücüm edən gənc öz valideynlərini öldürübmüş
Mərkəzi Miçiqan Universitetinə hücüm etməklə ittiham edilən şəxs həbs edildi.
Hüquqmühafizəçilərin məlumatına görə, o Universitetdə öz valideynlərini öldürüb.
19 yaşlı Ceims Erik Devis, Detroitdən 200 kilomentrlik məsafədə yerləşən avto-stansiyada yaxalandı. O ştatı tərk etməyə çalışırdı.
Hüquqmühafizəçilərin dediyinə görə, Devis güclü narkotik maddələrinin təsiri altında idi.
Devisin valideynlərinin cəsədləri Universitet binasında tapıldı.
Ceims və Diva Devislər tələbə olan oğullarını Universitetdə ziyarət etməyə getmişdilər. Onlar yaz tətili üçün oğullarını evə aparmaq istəyirdilər.
Ceims Erik Devis Universitetdə ətəşi saat 08:30-da açdı. Hücum nəticəsndə tələbələr zərər görməyiblər.
Polisin məlumatına görə, Ceims Erik Devisin hədəfi məhz öz valideynləri idi, ancaq qətlin səbəbi hələlik məlum deyil.
Hucüm zamanı kampusda 20 min tələbə var idi.
Ceims Erik Devisin atası İraq müharbəsinin veteranı idi və son zamanlar polis ofiseri olaraq çalışırdı.