Michael Roth - Pia Kaumanın Gürcüstana planlaşdırdığı səfər ciddi səhvdir
Pia Kaumanın Gürcüstana planlaşdırdığı səfər ciddi səhvdir. – Bu barədə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sosial şəbəkədə yazır.
Rotun qeyd etdiyi kimi, “ATƏT Parlament Assambleyası saxta seçkilər nəticəsində əldə edilmiş qeyri-legitim prezidenti, hökuməti və parlamenti legitimləşdirməməlidir”.
“Avropa İttifaqı, Avropa Şurası və ATƏT azad və ədalətli yeni seçkilərin keçirilməsini tələb etməlidir. Bu, dərin böhrandan yeganə çıxış yoludur”. – Michael Roth yazır.
Məlumat üçün bildirək ki, avropalı deputat Riçard Kols sosial şəbəkədə yazıb ki, ATƏT Parlament Assambleyasının prezidenti yanvarın 8-10-da Gürcüstana nümayəndə heyəti səfər etməyi planlaşdırır.