Miqrasiya Departamentinin və Sərhəd Polisinin əməkdaşları Gürcüstanda hüquqi əsas olmadan olan 7 xarici ölkə vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisinin əməkdaşları birgə keçirilmiş tədbir nəticəsində Nigeriya, İran, Misir və Qananın ümumilikdə 7 vətəndaşını saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
“Saxlanılan şəxslərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstanın qanunu nəzərə alınmaqla, hüquqi əsas olmadan ölkədə olduqları müəyyən edilib. Onlar ölkəni könüllü tərk etməyi nəzərdə tutan deportasiya (sürgün) qərarı ilə müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər, nəticədə də Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən sözügedən şəxslərin saxlanılması haqqında qərar qəbul edilib.
Qərarın yerinə yetirilməsi üçün, hazırda saxlanılan şəxslər daha sonra öz ölkələrinə qaytarılmaları məqsədi ilə Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.